Sunday, January 24, 2010

aforizm

1.Elə ağıllı şəxsiyyətlər varki, onlar özlərindən yaşca böyüklərə belə məsləhət verə bilərlər.Həmin şəxsiyyətlərin məsləhətlərinə diqqətlə qulaq asmaq lazımdır.Elə yaşlılar varki onlar heç nəyə nail olmayıblar və özlərindən yaşca kiçiklərin məsləhətinə ehtiyyacları var.Elələridə varki bu məsləhətə qulaq asmaq istəmirlər.Bədbəxtlər...

2.Övladlarına məhz öz gələcəyini fikirləşərək tərbiyə ver.Qocalanda onlardan asılısan.
Deyirlərki valideynlərin borcunu qaytarmaq olmur.Boş şeydir.Bilmirəm bunu hansı valideyn fikirləşib.Bu yalnız o halda olarki valideyn tez rəhmətə getsin.Qocalana kimi valideyn yaşasa, övladları onun borcunu qocalanda qaytaracaqlar.Necə böyütmüsənsə elə.

3.Arzular,arzular.Bunlar boş şeydir.Arzu nədir?mən bilmirəm.Nəyə görə nəyisə arzulayırlar? Mən başa düşmürəm.Əgər nəyisə mən istəyirəmsə onu arzulamıram, məqsədimə çevirirəm.Məqsədimə çatmayacağım şeyi isə qabağıma məqsəd qoymuram.Boş-boşuna o şeyi beynimdə fikirləşib vaxt itirmirəm.Beynimi yormuram.Onsuzda o çox işləyir.Buna görədə mənim arzularım yoxdur.Məqsədlərim var.

4.Nəyinsə üzündən əsəbləşib,hirsini çıxa bilməyən və uşaqlarını,həyat yoldaşını incitməklə hirsini çıxan şəxs dünyanın ən aciz kişisidir.

5.Mənə kiməsə yaxşılıq etmək şansı düşəndə sevinirəm.Bu şansı əldən buraxanda isə, əvvəlkindən daha çox sevinirəm.

6.Mən, başqalarının mənim uğurlarıma olan nəinki sevinclərindən, hətta paxıllıqlarındanda motivasiya alıram.

7.Başqalarının mənə olan ümüdləri mənə mənəvi güc verir.

8.Ancaq iradəsiz şəxslər onlara ümüdlərdən qorxurlar.

9.Savadın yeganə çatışmayan cəhəti onun irsən keçməməsidir.

10.Uğuru dart özünlə digər sahələrədə apar.

No comments:

Post a Comment